Çayın faydaları
Çay içmə sənəti
Çayın tarixi
Suallar və cavablar
- Çayın xolesterol səviyyəsini aşağı saldığı mütəxəssislər tərəfindən təsdiqlənmişdir.
- Çünki tərkibi ilə dadım hücrələrindəki dada alma pozulmalarının qarşısını almaqda sabitdir.
- Susuzluğu yox edir, qaraciyəri təmizləyir və təzələyir.
- Tərkibindəki florid səbəbi ilə diş çürüklərinin qarşısını alır.
- Hüceyrə-doku sərtləşməsini və damar sərtliyini müalicə edir.
- Tərkibindəki flavonollar ilə təzyiqi aşağı salır və qan damarlarının immunitetini artırır.
- Sapon tərkibi ilə vücuddakı zərərli maddələri yox edir, iltihablaşmanın qarşısını alır.
- Tərkibindəki birləşmiş şəkərlə qan şəkərinin yüksəlməsinin qarşısını aldığından diabet xəstələrinə tövsiyə edilir.
- C və E vitamini ilə karoten maddəsi sayəsində qan xərçənginə qarşı immuniteti artırır, sonsuzluğun qarşısını alır.
- Quru çay yarpağının tərkibindəki polefonollar sayəsində qan təzyiqindəki artımları gecikdirir, qida allergiyasının qarşısını alır.
- Mineral maddələrlə vücuddakı mineral tarazlığının qurulmasında sudan daha təsirli rol oynayır.
- 2-4 faiz kofein tərkibi ilə metabolizmə və mərkəzi sinir sisteminə müsbət təsir göstərərək ruhi rahatlıq gətirir. Dincəldici və diqqəti artırıcı təsir bağışlayır. Ürəyi gücləndirir, asmanın qarşısını alır.
- Böyrəklərin daha yaxşı işləməsini təmin edir. Çaydakı teobromin və teofilin maddələri sidikqovucu xüsusiyyəti ilə böyrəklərin düzgün işləməsini təmin edir.
- Çay duşu, isti çay kompres və tamponları göz və cilddəki bəzi nasazlıqları aradan qaldırır, qaşınma və ekzema ilə uzun müddətli sədəf xəstəliyinin müalicəsində rol oynayır.
Çay dəmləmək qədər, içmək də bir sənətdir...
Çay içmək özü də bir həzdir. Amma hər ləzzət kimi dünyanın sürətinə ayaq uydurmaq üçün atılan hər addımda fasilə etmə ehtiyacından doğur. Ona görə də çay hər cür həzz kimi bir ehtiyacın məhsulu olaraq qarşımıza çıxır. Müxtəlif xalqlarda neçə əsr bundan əvvəl müasir dövrümüzə qədər dini və mənəvi vasitə olaraq gəlib çatmaqla yanaşı çay, bütün insanlar tərəfindən mənimsənilmişdir.
Kainat çərçivəsində dünya düşüncəyə dalmaq üçün ən yaxşı yol yoldaşı olaraq qəbul edilmişdir.
İnsan fiziologiyası və psixologiyası üzərinə çayın qeyd ediləcək müsbət təsirləri vardır. Məşhur avstraliyalı şair Peter Altenberg tərəfindən 1913-cü ildə çayın “ruh dincəldici” olaraq ifadə etməsi o qədər də heyrətləndirici deyil. Necə ki, yediyimiz, enerji aldığımız qidalar vücudumuzun; qulaqlarımızdan girib bütün varlığımızı saran musiqi ruhumuzun qidası isə; çay da mənliyimizi öncə içməklə sonra da tarix içərisindəki sehrli səfərə çıxarması ilə bulanıqlıqlardan təmizləyəcəkdir. Ruha səslənən bəstəkarın seçimi kimi çay seçimi də zamanın axışı içərisində fərd olaraq insan tərəfindən müəyyənləşdiriləcəkdir. Çay bitkisinin çeşidliliyi və digər bitkilərlə həmahəng olaraq yeni-yeni təkliflərinin həyata keçirildiyi düşünülərsə, əlbəttə ki, bu proses əmək və zaman istəyəcəkdir. əlbəttə ki, insana ən uyğun çay, çay həzzini ruh dincəldici olduğunu daha yaxından hiss edəcəkdir.
Məşhur çinli filosof deyir ki; "Çay dünyanın qarğaşasını unutmaq üçün içilir".
Bir ovuc bitkinin şəffaf su ilə qovuşmasıdır...
Bir fincan həzdir çay...
ÇAY DADMAQ SƏNƏTİ
Çay seçimində ən vacib faktor, çayın dadımıdır. Eynən şərab kimi, çay dadımı da tək başına bir sənət olaraq qəbul edilməkdədir. Çünki çayın dadı olduqca kompleks bir duyulmağa söykənir. Üst, orta və alt rayihə profillərindən əmələ gələn çay 2 hissiyyatın birləşməsi ilə hiss edilir. Dil və dilin üzərindəki hissiyyat hüceyrələri ilə hiss edilən dadı və qoxu reseptorları ilə hiss edilən ətri ilə bir bütün əmələ gətirən çay dadımına bu iki hissiyyatla birlikdə təsirli 4 fiziki amil nəzərə çarpır.
Ağız hissiyyatı: Çay, əvvəlcə ağızda yaratdığı hissiyyatla dəyərləndirilməlidir. Yaxşı çay əvvəlcə ağızda quruluq və sonra sürüşkənlik yaradacaqdır.
İstilik: Çayın istiliyi birbaşa rayihə elementlərinin təsirinə təsir edəcəyindən çay dadımında çayın istiliyi çox əhəmiyyətlidir. Çayın içmə istiliyi 50-55 Co olmalıdır.
Dəmləmə metodu: Rayihə və dad elementlərinin suyu içərisində təsirli bir şəkildə rəngi və buxar təzyiqi çayın hazırlanması ilə birbaşa əlaqəlidir.
Xüsusiyyətləri: Çayı dadan insanın fiziki vəziyyəti (fizioloji və əqli faktorlarla ümumi sağlamlıq və yaş faktorları kimi) çayın dad və ətrinin duyumunun kəskinliyini müəyyənləşdirici faktorlardır.
Çay əsrlər boyu günümüzə qədər gələn bir ənənədir. Çay bir sıra sehrlərin şahidi olan şərqin hədiyyəsidir.
Çay, dünyada sudan sonra, ən çox içilən və içmə vərdişi gedərək artan bitki olaraq 5 min illik tarixi vardır. Məşhur əfsanəyə görə, böyük Çin imperatoru Şen Nungun xidmətçilərindən biri bağçada su qaynadarkən bir dənə yarpaq qaynayan suyun içərisinə düşür. Yaydığı qoxu imperatorun xoşuna gəlir və onu dadmaq istəyir. Və beləcə çay o gün bu gündür insanların çox sevdiyi içkisinə çevrilir.
Çay haqqında ilk dəfə geniş çaplı tədqiqat e.ə. 733-804-cü illər arasındayaşayan Lu Yuya aiddir. “Çay kitabı” adlı əsərində, çay haqqında; istehsalından istehlakına, sistemli və əhatəli şəkildə məlumat verilməkdədir. Beləcə çay istehsalı və istehlakı daha da yayılma imkanı əldə etmişdir. Avropanın bu əsrarəngiz dadla tanışlığı 17-ci əsrdə baş tutur. İngilislər, sağlamlıq və dinamikliyin qaynağı olan bu isti içkini o qədər çox mənimsəyirlər ki, bunu həyat tərzinə gətirirlər. 18-ci əsrdə də bu gün dünyanın ən böyük çay becərilən bölgəsi sayılan Assam və Seylon adasında çay bağçaları salmağa başlayırlar istehsal olunan bu çayları Avropaya sürətlə yaymaq üçün də sürətli yelkənli gəmilər düzəldirlər.
Dünyada çay iki cür istehlak edilir
75% qara çay deyə fermente edilmiş çay
25 faiz isə yaşıl çay deyə fermente edilməmiş çaydır
Sual: Çay məhsullarının ömrü nə qədərdir?
Cavab: Çay məhsullarının ömrü 2 ildir. Çayların paket açıldıqdan sonra bağlı qabda saxlanması tövsiyə edilir
Sual: Çay məhsullarında boya maddəs vardırmı?
Cavab: Xeyr, yoxdur. “Sun Tea Azerbaycan” fabrikində istehsal edilən məhsulların heç birində süni boyadan istifadə edilmir.
Sual: Yaxşı çay necə dəmlənir?
Cavab:
Dəmləmə vaxtı kirəcsiz su və çini dəmlikdən istifadə edilməlidir
Təmiz dəmliyin içərisinə bir stəkan üçün bir çay qaşığı çay qyularaq ilıq su ilə yuyulmalıdır
Dəmliyə qaynamış qaynar su əlavə edilməlidir
Çayın dəmlənmə müddəti 10-15 dəqiqə olmalı və dəmlənən çay yarım saat içərisində içilməlidir.