az | eng | ru | tr
“Lipton” paket çay, "Sun Tea Azerbaycan" -də istehsal ediləcək

157 illik tarixi olan "Çay bağçalarından dəmliklərinizə" şüarlı "Lipton" paket çayları artıq ölkəmizdə istehsal olunacaq. Həmin çayların Azərbaycan bazarında satışı ilə bərabər Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulmuşdur.

“Sun Tea Azerbaycan” ASC daha bir layihəyə imza atdı. Belə ki, artıq bütün dünyada məşhur olan “Lipton” paket çayları Azərbaycanda istehsal ediləcək.

Keyfiyyəti ilə dünya çaysevərlərinin zövqünü oxşayan “Lipton” paket çayları “Sun Tea Azer-baycan” ASC çay paketləmə fabrikində istehsal olunaraq, ölkə bazarı ilə yanaşı Gürcüstan və Orta Asiya bazarına çıxarılacağı da planlaşdırılır.

Keyfiyyətli məhsullarını, nəinki ölkə bazarına çıxarmaq, eyni zamanda MDB məkanına da ix-rac edən “Sun Tea Azerbaycan” ASC-nin keyfiyyətli məhsulları, “Unilever” Şirkətlər Qrupu tərəfindən rəğbətlə qarşılanmış və fabrik “Lipton” çaylarının istehsalı üçün əlverişli bir müəssisə kimi seçilmişdir.

Qeyd etmək lazımdır ki, istehsal gücü 15 ton olan çay paketləmə fabrikimizdə, “Lipton Long Life” 100 və 250 qramlıq çay paketlərinin istehsalı nəzərdə tutulmuşdur.

Dünyanın aparıcı şirkətlərindən biri olan “Unilever”, “Sun Tea Azerbaycan” ASC çay paketlə-mə fabrikinin keyfiyyətinə əminliklə yanaşaraq, özünün marka çayını, məhz burada istehsal et-mək istəmişdir.

“Unilever” Şirkətlər Qrupu, çay paketləmə fabrikində apardığı auditdə, fabriklə əlaqədar müsbət qənaətə gələrək, beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülən “Sun Tea Azerbay-can” ASC çay paketləmə fabrikində planlamış olduqları “Unilever”ə aid marka çaylarının is-tehsalında hər-hansı bir maneə görülmədiyini müəyyən edib istehsala başlamaq qərarına gəlmişlər.


LİPTON PAKET ÇAY

Bütün dünyada, saniyədə 1157 insanın həzz alaraq içdiyi “Lipton” çaylarının tarixi 1850-ci il-lərdən başlayır. “Lipton” markasının qurucusu Thomas Lipton, ilk dəfə çayı paketləyərək “Lip-ton” paket çay adı altında satmağa başlayır və bu sektorda həqiqi mənada müsbət çevriliş əldə etdi.

Çay mütəxəssisliyini müasir texnologiya ilə birləşdirərək, yüksək keyfiyyətli “Lipton”u “çay baxçalarından dəmliklərinizə” şüarı altında çaysevərlərə təqdim etdi.

Thomas Lipton, ölkədəki böyük nailiyyətinin ardınca Amerikanı keyfiyyətli çayla tanış etdi. “Lipton”, 1893-cü ildə Çikaqoda təşkil olunan dünya sərgisində keyfiyyət sertifikatına layiq görüldü. T.Lipton, “Lipton”un mərkəzini Qlazqodan Londona köçürdüyündən, çay istehsalına başladıqdan 4 il sonra, 10.000-dən çox işçisi olan iş adamına çevrilmişdi. 1902-ci ildə isə, o, çay sektorundakı fəaliyyətlərini tamamilə peşəkarlara verdi.

Min illərlə çay ənənəsindən miras qalan adətləri və ləzzəti müasir texnologiyayla birləşdirən, dünya standartlarındakı keyfiyyətli çaylardan olan “Lipton”, bu gün bütün çaysevərlərin da-maq zövqünü oxşamaqdadır.

1938-ci ildə, “Unilever” Amerika və Kanadadakı “Lipton” şirkətini satın aldı. 1972-ci ildə isə dünyanın digər ölkələrindəki “Lipton” şirkətləri “Unilever” ailəsinə qatıldı. Bu gün, “Lipton” dünyanın ən məhşur çay markalarındandır.

   Developed and Supported by SilverKey Azerbaijan