az | eng | ru | tr
“Sun Tea Azerbaycan” Moskvada keçirilən çay və qəhvə festivalinda

25-28 May tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərinin Qızıl meydanında “IV Çay və Qəhvə Festivalı” keçirilmişdir. Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi, Moskva Hökuməti və “Ümumdünya Çay və Qəhvə” qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə keçirilən sərgi artıq 4-cü dəfədir ki, Kremlin divarlarını bəzəyir. Planetin çoxsaylı çay mədəniyyətini əks etdirən bu sərgidə minlərlə festival qonaqları çayın ayrı-ayrı ölkələrdəki spesifik xüsusiyyət və mədəniyyətləri ilə tanış olmaq imkanı əldə etdilər.

Keçən il olduğu kimi, "Azersun Holding" Şirkətlər Qrupu yenə də “IV Ümumdünya Çay və Qəhvə Festivalı”-nda iştirak etdi və holdinq burada Azərbaycanın yeganə təmsilçisi idi.

25-28 May tarixlərində keçirilən festivalda holdinq ən gözəl stendlərdən biri ilə çıxış edərək Azərbaycanın çay mədəniyyətini layiqli nümayiş etdirdi. Stendə təşkil olunan xalq çalğı alətləri qrupu və milli geyimli xanımlar da ayrıca Azərbaycan ab-havası yaratdı.

Festivalın ilk günü festival çərçivəsində keçirilmiş Çay müsabiqəsinin mükafatlarının təqdimetmə mərasimi keçirildi. Çay müsabiqəsində "Azersun Holding" Şirkətlər Qrupu 16 çay markası ilə çıxış edirdi. Çox sevindirici haldır ki, adı gedən müsabiqədə Azərbaycan çayları keyfiyyət nominasiyasında 8 mükafata layiq görüldü. Qazanılan mükafatlar aşağıdakılardan ibarətdir:

  1. Qran Pri mükafatı:
    • Final Pekoe
  2. Qızıl medallar:
    • Final Opa
    • Pürrengi
    • Final Best Blend
    • Final Çiyələk paketli çay
  3. Gümüş medallar:
    • Maryam Broken
    • Final Earl Grey
  4. Bürünc medallar
    • Maryam Flavoury

Festivalda həmçinin "Azersun Holding" Şirkətlər Qrupunu təmsil edən “Sun-Tea Azerbaycan” çay paketləmə fabrikinin direktoru Zərdabi Nağıyev titester kimi qızıl medalla təltif olundu.

Alınan mükafatlar arasında “Final Pekoe” çayının layiq görüldüyü “Qran Pri” mükafatını xüsusi qeyd etmək lazımdır. Müsabiqənin ən yüksək mükafatı olan bu mükafatın məhz Azərbaycanda istehsal olunan məhsula verilməsi ölkəmizin və onun məhsullarının tanıdılması baxımından mühüm addım oldu.

Festivalın ikinci günündə Qırmızı meydana baş çəkən Rusiya Federasiyasının Kənd Təsərrüfatı naziri Aleksey Qordeyev 51 şirkətin stendi arasında çay dadmaq üçün yalnız “Azersun Holding”in stendinə yaxınlaşdı. Bu amil də Azərbaycan çayının dadı və keyfiyyəti barədə Rusiyada mövcud olan təsəvvürlərdən xəbər verir.

Onu da qeyd edək ki, keçən il keçirilən festivalda iştirak edən müəssisə keyfiyyətinə görə çaylar nominasiyasında 14 medala layiq görülmüşdür. Bunlarda 4-ü qızıl, 5-i gümüş, 5-i də bürünc medal olmuşdur.

   Developed and Supported by SilverKey Azerbaijan