az | eng | ru | tr
“Layiqli iş yeri, təhlükəsiz əmək” müsabiqəsinin qalibi “Sun-Tea Azerbaycan” seçildi

Azərbaycan Həmkarlar İttifaqının Konfederasiyasının İcraiyyə Komitəsinin 18 dekabr 2006-cı il tarixli 19 b. 22 saylı qərarı ilə Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş “Layiqli iş yeri, təhlükəsiz əmək” adı ilə keçirilmiş Respublika Baxış müsabiqəsinə yekun vurulmuşdur. Respublikamızda fəaliyyət göstərən müəssisələrin içərisində ən layiqli iş yeri, müasir tələblərə cavab verən əmək şəraiti, əməyin mühafizəsi norma və qaydalarına düzgün riayət edən 21 müəssisə, o cümlədən “Azersun Holding” MMC-nin “Sun-Tea Azerbaycan” çay paketləmə fabriki Respublika Baxış müsabiqəsinin qalibi elan olunmuşdur.

AHİK-in Məclisində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi və Respublikamızda fəaliyyət göstərən iri müəssisələrin nümayəndələrinin iştirakı ilə təqdimetmə mərasimində qalib müəssisələrə, o cümlədən “Azersun Holding” MMC-nin “Sun-Tea Azerbaycan” çay paketləmə fabrikinə AHİK-in Diplomu və qiymətli hədiyyəsi təqdim edilmişdir.

   Developed and Supported by SilverKey Azerbaijan