az | eng | ru | tr
“Sun Tea Azerbaycan” ATSC Azərbaycana 16 medal qazandırdı

“Sun Tea Azerbaycan” Dünyanın iri çay və qəhvə istehsalçısı olan ölkələrini bir yerə toplayan Ümumdünya çay və qəhvə festivalında Azərbaycanı layiqincə təmsil etdi.

31 may -3 iyun tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən, əsas məqsədi dünyanın müxtəlif ölkələrinin çay mədəniyyətlərinin nümayişi olan “V Ümumdünya Çay və Qəhvə Festivalı”nda Azərbaycanı təmsil edən “Azersun Holding” Şirkətlər Qrupuna daxil “Sun-Tea Azerbaycan” ATSC-nin istehsalı olan çaylar müxtəlif nominasiyalarda aşağıdakı medallarla mükafatlandırıldı:

  • Qran Pri:
    • Pasha Golden
  • Qızıl Medal:
    • Final teabags Qarağat
    • Goozal tea
    • Final CTC
    • Azerçay
  • Gümüş Medal:
    • Final teabags Raspberry
    • Azerçay Teabags CTC
    • Final Earl Grey
    • Maryam broken
    • Final teabags Classic
  • Bürünc Medal:
    • Maryam Green tea
    • Final teabags Peach

Beləliklə artıq ənənə halını almış festivalda “Sun Tea Azerbaycan” ATSC çayları cəmi 12 medala layiq görüldü. Festivalda “Sun Tea Azerbaycan” ATSC yalnız çaylarını nümayiş etdirməklə kifayətlənməyərək həm də Azərbaycan mədəniyyətini təmsil edirdi. “Sun Tea Azerbaycan” ATSC üçün ayrılmış stendə yaxınlaşan hər bir kəs Azərbaycan mədəniyyəti, tarixinə nəzər də salmaq imkanı əldə edirdi.

Bundan əlavə “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal, vitse prezidenti Fevzihan Aras, “Sun Tea Azerbaycan” ATSC sədri Zərdabi Nağıyev çay sahəsinin inkişafında göstərdikləri beynəlxalq xidmətlə görə medal və diplomlarla təltif edildilər. Beləliklə bu il Azərbaycana Ümumdünya Çay və Qəhvə Festivalından Azərbaycana 16 medal gətirildi.

Çayın tarixi, faydaları, müxtəlif ölkələrdə çay mədəniyyətinin inkişafı, adətlərindən bəhs edən “Çayın sirləri” kitabında Azərbaycanda çay ənənəsinin yenidən dirçəldilməsində, qorunmasında böyük xidmətləri olan Azersun Holding Şirkətlər Qrupu və Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozalın adı qeyd edilmişdir.

   Developed and Supported by SilverKey Azerbaijan