“Sun Tea Azerbaycan” Qida Təhlükəsizliyi Sertifikatina layiq görüldü
ISO standartlarına uyğun olan “Sun Tea Azerbaycan” ATSC çay paketləmə fabriki məhsul istehsalında yüksək keyfiyyətə əhəmiyyət verən fabrik olaraq tanınmaqdadır. Qida təhlükəsizliyinə onun tam etibarlı şəkildə istehlakçıya çatdırılmasına xüsusi diqqətlə yanaşan fabrik keyfiyyətli məhsulları ilə istehlakçılarını razı salmaqdadır.
Bununla yanaşı çay paketləmə fabrikində məhsullar, tam gigiyenik şəraitdə istehsal edilir. Yeni müasir texnologiyalara malik avadanlıqlar vasitəsilə hazırlanır.
“SUN- Tea Azerbaycan” A.T.S.C. çay paketləmə fabriki fəaliyyətdə olduğu müddətcə hazırkı dövrümüzdə daim yeniliklər axtarışında olmuş və vaxtaşırı yeni sistem layihələr üzərində çalışaraq aşağıda adı çəkilən sistem sertifikatına G-F TSE-İSO-EN 22000 qida təhlükəsizliyi sertifikatına layiq görüldü. Sistem layihələrini davam etdirmək üçün fabrik işçilərinə seminarlar təşkil olunur və yeniliklər haqqında məlumatlar verilir.
ISO 22000
ISO 22000, HACCP-dan fərqli olaraq, tamamilə firma xarici mütəxəssislər tərəfindən hazırlanmış qida təhlükəsizliyi idarəçilik sisteminin tətbiqinə, təsdiqlənmə fəaliyyətlərinin hamısını yaxud bir qisminin firma xarici mütəxəssislər tərəfindən həyata keçirilməsinə imkan verir.
ISO 22000 qida zəncirindəki mövcud və potensial təhlükələrin təhlükə analizi ilə müəyyən edilməsi, nəzarət tədbirlərinin müəyyən edilməsi, tətbiqi, nəzarəti, nəticələrinin dəyərləndirilməsi və analizini, yaxşılaşdırmasını, daxili və xarici şərtlərə söykənərək yenilənməsini tələb edir.